Bakı metrosunda qatarında nasazlıq yaranıb. Bu da qatarların hərəkətində gecikməyə səbəb olub. Bu haqda Trend bu gün, 20 oktyabr tarixində saat 15:30 radalərində məlumat yayıb.
Qatarın məcburi dayanması “Qara Qarayev” və “Neftçilər” stansiyaları arasında baş verib.
Sərnişinlər “Neftçilər” stansiyasına endirilib, qatar isə texniki baxışa göndərilib. Nasaz qatarın əvəzinə marşruta ehtiyat qatar buraxılıb.