20 oktyabr tarixində Səbail rayonunda şəhid Cəmil Məmmədlinin adı əbədiləşdirilib, xatirə abidə kompleksi tikilib. Bu haqda Səbail Rayonu İcra Hakimiyyəti xəbər verib.

Barelyefin və büstün açılış mərasimi şəhidin oxuduğu 163 nömrəli tam orta məktəbdə keçirilib. Açılış mərasimində şəhidin ailəsi, dostları, İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov və digər rəsmi şəxslər iştirak edib. Onun xatirəsi yad edilib. Sonda məktəbin fəal şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Cəmil Məmmədli Vətən müharibəsində gedən döyüşlərdə fəal iştirak edib və Füzulidə döyüşlər zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur Döyüşçü” medalları ilə təltif edilib.

Foto Səbail İH-nin rəsmi saytı
Foto Səbail İH-nin rəsmi saytı
Foto Səbail İH-nin rəsmi saytı
Foto Səbail İH-nin rəsmi saytı