8 gündən çoxdur valideynləri axtarılan azyaşlı uşağın nənəsi ilə əlaqə saxlamaq mümkün olub. Bu haqda bu gün, 20 oktyabr tarixində Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Uşağın nənəsinin Rusiya Federasiyasında yaşadığı məlum olub. O, qısa müddət ərzində Bakıya qayıdacağını və nəvəsini qəyyumluğa götürəcəyini bununla bağlı müvafiq sənədləri də olduğunu bildirib. Eləcə də, nəvəsi üçün ən etibarlı yerin dövlətin himayəsi oldunuğunu vurğulayıb.

Hal-hazırda uşağın təhsilini davam etdirməsi üçün sənədlərin hazırlığı işləri aparılır.

19 oktyabr tarixində sosial şəbəkələrdə valideynlərin öz ovladını dayəyə verərək 8 gündür yoxa çıxdıqları barədə məlumat yayılmışdır.