AQTA paytaxtın Xətai rayonunda reydlərini davam etdirir. Bu haqda bu gün, 20 oktyabr tarixində qurumun mətbuat xidməti məlumat yayıb.

Ə.Şıxlinski 256 ünvanında fəaliyyət göstərən “Afrodita” şadlıq sarayında işçi heyətinin pandemiya dövrünün tələblərinə riayət etmədikləri məlum olub.

Müəssisə rəhbərliyi məsuliyyətə cəlb olunub.

Bundan əvvəl, 18 oktyabr tarixində eyniadlı rayonda yerləşən “Viktoriya” şadlıq sarayı cərimələnmişdir.