Yasamal rayonunda mənzillərdən oğurluq edən şəxs saxlanılıb. Bu haqda bu gün, 20 oktyabr tarixində APA məlumat yayıb.

Abşeron rayon sakini E.Şirinov 17 oktyabr tarixində qeyd olunan rayon ərazisində evlərin birinə daxil olaraq 500 manat və 4000 ABŞ dolları oğurlamaqda şübhəli bilinir.

Faktla bağlı araşdırma davam edir.

Bundan əvvəl, 16 oktyabr tarixində Sabunçu rayonu Ramana qəsəbəsində oğurluqda şübhəli bilinən 4 nəfər saxlanılmışdır.