Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt ərazisində fəaliyyət göstərən bir neçə sərnişindaşıma şirkətlərinə xəbərdarlıq edib. Bu haqda bu gün, 21 oktyabr tarixində qurumun mətbuat xidməti məlumat yayıb.

Sosial şəbəkələrdə ən çox izləyici şikayətləri “Faiqoğlu” MMC, “Çinar Trans” MMC, “Grand Bus” MMC, “Ayşən LTD” MMC və “Şidli-A.İ” MMC-nin müvəqqəti istismarında olan 40, 44, 77, 119, 135, 149, 163, 164, 202 və 214 nömrəli marşrut xətləri barəsində daxil olub. Ümumilikdə qeyd olunan marşrut xətləri haqda 800-ə yaxın şikayət yönləndirilib.

Bununla bağlı BNA həmin şirkətlərə problemlərin aradan qaldırılması üçün 1 ay müddətində vaxt verib. Əks halda daşıyıcı şirkətin dəyişidirlməsi üçün addımlar atılacaq.

Foto Bakı Nəqliyyat Agentliyi rəsmi Facebook səhifəsi
Foto Bakı Nəqliyyat Agentliyi rəsmi Facebook səhifəsi