“Azərpoçt” MMC poçt xidmətlərilə bağlı yeni layihəyə start verib. Bu haqda 21 oktyabr tarixində qurumun mətbuat xidməti məlumat yayıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurum Sədərək Ticarət Mərkəzindən alınan məhsulların Bakı və bölgələr üzrə sürətli çatdırılmasını həyata keçirir. Bakı şəhəri üzrə göndərişlər gün ərzində həyata keçiriləcək.

Yeni xidmət sayəsində “Azərpoçt” qeyd edilən ticarət mərkəzindən alınan məhsulları ( qida və tez xarab olan mallar istisna olmaqla) bir başa ünvana çatdıracaq.

Xidmət onlayn (vətəndaşların internet vasitəsilə dükanlardan aldığı məhsullar)  sifarişlərə də şamil olunur.