25 oktyabr tarixində Bakıda ailə-məişət mövzusunda tədbir keçiriləcək. Tədbir “Salaam Cinema Baku” nun təşkilatçılığı ilə eyniadlı məkanda saat 19:00-da başlayacaq.

3 hissədən ibarət olan tədbir “Səhər” qısa metrajlı filminin nümayişi ilə başlayacaq. Dram janrında çəkilmiş film Azərbaycan dilində, ingilis alta yazılarla göstəriləcək.

Nümayişdən sonra məişət zorakılığı mövzusunda bir panel müzakirəsi və “Şaftalı” konsert performansı keçiriləcək.

Tədbirdə iştirak etmək ödənişsiz əsaslarla mümkündür. Pandemiya qaydalarına əsasən Covid pasportu olan yalnız 45 ziyarətçiyə icazə verilə bilər.