Paytaxtın Nİzami rayonunda yerləşən Penitensiar xidmətin müalicə müəssisəsinə narkotik maddə keçirmək istəyiblər. Bu haqda qurumun rəsmi saytında məlumat verilib.

7 il müddətinə azadlıqdan məhrum edilmiş Tayyib Eynullayevin yanına görüşə gələn anası Səfurə Eynullayevanın oğluna gətirmiş idman şalvarının belindəki ipə hopdurulmuş 1,748 qram heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl, 7 oktyabr tarixində cəzaçəkmə müəssisəsinə çəkmədə narkotik maddə keçirilməyin qarşısı alınmışdır.