Bakıda “Karyerada İndividual İnkişaf” adlı təlim keçiriləcək. Bu haqda Sabunçu Gənclər Evinin instagram səhifəsində məlumat verilib.

Sabunçu Gənclər Evində psixoloq, gənc sahibkar Orxan Mahmudovun keçirdiyi təlimdə bir neçə mövzuya toxunulacaq:

  • Karyeramı necə qurum?
  • Karyeramda ilk addımlarımı necə atım?
  • Şəxsi brendimi necə formalaşdırım?
  • Şəxsi inkişafımda karyeranın rolu?

Təlimdə ödənişsiz iştirak etmək üçün qeydiyyat linkindən istifadə edin.

Təlim 23 oktyabr tarixində saat 14:00-da təşkil olunacaq. Təlim Sabunçu Gənclər Evi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin “Brain Design” ilə birgə əməkdaşlığı çərçivəsində keçiriləcək.