24 oktyabr tarixində Bakıda “Data Analitikasında Tədqiqat Metodları” adlı sessiya keçiriləcək. “AIESEC Azərbaycan”ın təşkilatçılığı ilə saat 12:00-da başlayacaq.

Analitik düşüncə və məlumatların təhlili haqqında sessiyalardan ibarət olan tədbir canlı formatda təşkil olunacaq.

Sessiya Bakı Gənclər Mərkəzində baş tutacaq.