30 oktyabr tarixində Bakıda Hüquq Forumu keçiriləcək. Forum Bakı Gənclər Mərkəzində “Davam” Gənc Hüquqşünaslar klubunun təşkilatçılığı ilə saat 10:30-da başlayacaq.

Tədbirin məqsədi hüquq tələbələrinin və gənc hüquqşünasların hansı sahədə karyeralarına davam etmələrinə istiqamətləndirməkdir.

Spiker qismində ASAN Təlim-tədris mərkəzinin rəhbəri, hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Nazənin Hüseynova, Hüquq üzrə elmlər doktoru, professor Mayis Əliyev və Almaniyada vəkillik fəaliyyəti ilə məşğul olan Elvin Cəbrayıl iştirak edəcək.

150 nəfərin iştirak edəcəyi foruma qeydiyyatdan keçmək vacibdir. İştirak üçün ödənişin qiyməti 10 manat təşkil edir.