Bakıda qətl ilə bağlı Elçin Ələkbərovun ibtidai istintaqı başa çatıb. “Report”un verdiyi məlumata əsasən, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Cavid Hüseynov tərəfindən baxılacaq. İclasın tarixi və vaxtı barədə məlumat qısa zamanda yayılacaq.

İyulun 30-da 41 yaşlı Elçin Ələkbərov münaqişə zəminində arvadı, Özbəkistan vətəndaşı, 46 yaşlı Nailə Əliyevanı bıçaqlayaraq qətlə yetirmişdir. Mərhumun cəsədində çoxsaylı bıçaq zərbələri aşkarlanmışdır. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi açılmış, Ələkbərov şübhəli şəxs qismində saxlanılmışdır.