13-14 noyabr tarixlərində Azərbaycanda ilk dəfə “Musiqili proyektor” multimedia şousu təqdim olunacaq. Şou Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində “ART-EAST MEDİA GROUP” şirkətinin təşkilatçılığı ilə saat 20:00-da başlayacaq. Bu haqda AZƏRTAC xəbər verib.
Layihə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası, “CinemaPlus” kinoteatrlar şəbəkəsi, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə təşkil olunacaq.
Sevilən kinofilmlərin soundtrekləri “AVANQARD” kamera orkestrinin ifasında yeni aranjimanda tamaşaçılara təqdim olunacaq.