Bakı Metropolitenin Gənclik stansiyası bu gün, 21 oktyabr tarixi axşam saatlarından gücləndirilmiş iş rejimində işləyəcək. Bu haqda bu gün, 21 oktyabr tarixində Metropolitenin mətbuat xidməti məlumat yayıb.
Qarabağ FK-nın Tofiq Bəhramov adına stadionda baş tutacağı oyunla bağlı ətraf ərazidəki keçidlərdə, vestibüllərdə və platformada müvafiq tədbirlər görüləcək. Ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.
Həmçinin, Nəriman Nərimanov stansiyasında da sərnişinlərin rahatlığı təmin olunacaq.
Qarabağ FK UEFA konfrans liqası çərçivəsində Bu gün, 21 oktyabr saat 20:45-də Qazaxıstanın ”Kayrat” klubu ilə qarşılaşacaq.