Buzovnada küçələrə atılan heyvan leşləri ərazidən təmizlənib. Bu haqda 21 oktyabr tarixində REALTV xəbər verib.

Bir müddət əvvəl Xəzər rayonu Buzovna qəsəbəsində heyvan leşlərinin yığıldığı ərazidə olan problemlərindən xəbər verilmişdir. Müxtəlif növ iri və xırda-buynuzlu heyvanların leşlərinin yaratdığı problemlər və ətrafa yayılan pis qoxu yaxınlıqda yaşayan sakinlərin etirazına səbəb olmuşdur.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti monitorinqlər nəticəsində Haşimbəy Saqib küçəsində tullantılar aşkarlayıb və Xəzər RİH dəstəyi ilə ərazi qismən təmizlənib. Həmçinin, bu əraziyə çirkab suların axıdılması müəyyən olunub. Məlum olub ki, Azərsu ASC-yə aid olan su təmizliyici qurğunun reqlamentə uyğun istismar edilməyib və qurğudan çıxan borunun sıradan çıxması nəticəsində çirkab sular əraziyə axıdılıb. Buna görə Azərsu hüquqi şəxs qismində cərimə olunub.

1 saylı Bakı əmlak reesteri xidmətinə ərazinin mülkiyyətçisinin müəyyən olunması üçün müraciət ünvanlanıb.