Səbail rayonu M.F.Axundov bağının yaxınlığında yol-patrul xidmətinin əməkdaşları ilə sürücü arasında mübahisə qeydə alınıb. Bu haqda bu gün, 21 oktyabr tarixində Oxu.az məlumat verib.

Polislə sürücü arasında münaqişə naməlum səbəblərdən başlayıb. Bir müddət sonra ərazidəki polis əməkdaşları yaxınlaşaraq sürücünü özləri ilə aparıblar.

Hadisə zamanı yolda sıxlıq yaranıb.