Bu gün, saat 08:00 radələrində paytaxtın Suraxanı rayonunda yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

Ümumi sahəsi 30 kv.m olan evinin 20 kv.m sahəsində yanar konstruksiyalar və dam örtüyü yanıb. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub, yanğın söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.

Daha bir yanğın hadisəsi bu gün səhər saatlarında Yasamal rayonunda baş verib. C.Cabbarlı küçəsində Caspian Plaza biznes mərkəzinin qarşısında qısa qapanma nəticəsində kafeyə məxsus olan elektrik qovşağı alışıb.