Paytaxtın Səbail rayonunda memarlıq abidələri sayılan binaların fasadları borulardan təmizlənir. Bu haqda bu gün, 21 oktyabr tarixində Səbail Rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.

İstiqlaliyyət, R.Rza, Y.Məmmədəliyev, Z.Tağıyev, T.Əliyarbəyov, Ə.Əlizadə, M.Ə.Rəsulzadə, M.Əfəndiyev, Ə.Cavad küçələrində yerləşən 19 və 20-ci əsrlərə aid binaların üzərində quraşıdırılan havalandırma boruları sökülür, fasadlar bərpa olunur.

Sahibkarla müasir tələblərə cavab verən havalandırma sistemləri quraşdırılması ilə bağlı danışıqlar aparılır.

Tarixi binalar və memarlıq abidələrin divarlarının deşilməsinin və daşların korlanmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 

Foto Səbail Rayon İcra Hakimiyyətinin rəsmi saytı
Foto Səbail Rayon İcra Hakimiyyətinin rəsmi saytı