Paytaxtın Yasamal rayonu Heydər Hüseynov küçəsi əsaslı təmir olunub. Bu haqda bu gün, 21 oktyabr tarixində Azəravtoyolun mətbuat xidməti məlumat yayıb.

Uzunluğu 292, eni isə 10 metr təşkil edən küçədə ümumilikdə 2180 kv.m sahədə piyada səkisi tikilib.

Küçə boyu suların kənarlaşdırılması üçün kanalizasiya sistemi bərpa olunub. Yeraltı kommunikasiya xətləri təkmilləşdirilib.

Cari il ərzində Yasamal rayonu ərazisində ümumi uzunluğu 4 km olan 11 küçədə əsaslı təmir işləri icra olunub.

Foto Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi saytı
Foto Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi saytı
Foto Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi saytı
Foto Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi saytı