21 oktyabr tarixində Bakıda autizmli uşaqlarla görüş təşkil olunub. Görüş Bakı Autizm İdman və Yaşam Klubunda keçirilib. Bu haqda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə autizmli uşaqlar üçün ayrılmış idman ləvazimatları təqdim olunub. Hədiyyələr Azərbaycan Futbol Federasiyaları Assosiasiyası – AFFA nümayəndəsi UEFA tərəfindən təşkil olunub.

Sonda tədbiri təşkil edən nümayəndələr autizmli uşaqlarla şəkillər çəkdiriblər.