31 oktyabr tarixində Bakıda “Çıxış yolu” filminin nümayişi baş tutacaq. Tədbir “Salaam Cinema Baku”nun təşkilatçılığı ilə eyniadlı məkanda saat 19:00-da başlayacaq.

Film 2013-cü ildə Çexiyada baş verən Cesta Ven qaraçılar üçün qeyri-mümkün olan adi bir həyat yaşamaq istəyən gənc qaraçı cütlüyünün hekayəsindən bəhs edir.

Azərbaycan dilində İngilis alt yazılarla göstəriləcək filmin nümayişinə 15 yaşından yuxarı şəxslər buraxılacaq.

Filmin nümayişi Çexiya Xarici İşlər Nazirliyi tərəfindən dəstəklənir.

Tədbirdə iştirak etmək istəyənlər üçün biletin qiyməti 3 manat təşkil edir. Öncədən Rezervasiya etmək mümkün deyil. Biletləri filmin başlamasından öncə, məkandan əldə edə bilərsiniz.