Ötən gün Bakıda Mədəniyyət naziri şəhid mədəniyyət işçilərinin ailə üzvləri ilə görüşüb. Bu haqda AZƏRTAC xəbər verib.

Tədbir Beynəlxalq Muğam Mərkəzində baş tutub. İlk öncə nazirliyin şöbə müdiri Məryəm Qafarzadə şəhid mədəniyyət işçilərinə həsr olunmuş “Səhnədən səngərə” layihəsi barədə məlumat verib.

Oktyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət naziri Anar Kərimov şəhid mədəniyyət işçilərinin ailə üzvləri ilə görüşüb. Bundan əlavə, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış mədəniyyət işçilərinin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.

Nazir Anar Kərimov şəhid ailələri və qazilərin daim dövlətimizin diqqət mərkəzində olduqlarını, nazirlik tərəfindən bu istiqamətdə mühüm layihələrin həyata keçirildiyini bildirib.

Tədbir şəhidlərin doğmalarına Fəxri Diplomların təqdim olunması və nazir Anar Kərimovun onlarla masa ərafında səmimi söhbəti ilə davam edib.

Foto AZƏRTAC-ın saytı
Foto AZƏRTAC-ın saytı