26 oktyabr tarixində Bakıda konsert proqramı keçiriləcək. Tədbir “Davam” Mədəniyyət Klubu və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə saat 19:00-da baş tutacaq.

Konsert musiqi dünyamızın əbədi səsli sənətkarı Müslüm Maqomayevin əziz xatirəsinə həsr olunub.

İştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.

Qeydiyyat üçün əlaqə nömrəsi: +994 77 411 22 33