Önümüzdəki günlərdə Bakıda “Halloween” şənlikləri keçiriləcək. Şənliklərə kiçikdən böyüyə,hər kəz qoşula bilər.

Uşaqlar üçün nəzərdə tutulmuş şənlikdə valideynlər istirahət edəcək, uşaqlar isə əyləncəli oyunlarla vaxtlarını səmərəli keçirəcək. Şənlikdə Malifisenta ilə master-klas, köynəklərin üzərində rəsmlər, oyunlar, animatorlar, uçan süpürgə və s. bunlar kimi əyləncələr uşaqlarınızı gözləyir.

24 oktyabr saat 17:00-da İçərişəhərdə baş tutacaq şənlikdə iştirak qiyməti 30 manat təşkil edir. Əyləncə rus dilində keçiriləcək. Şənliyə qoşulmaq üçün +994 50 501 35 29 nömrəsiylə əlaqə saxlaya bilərsiniz.

Böyüklər üçün keçiriləcək “Halloween” şənliyi isə 30 oktyabr Bakının Binə qəsəbəsində baş tutacaq. Gecədə hər tərəf qaranlığa bürünəcək,kvestlər olacaq və ruhlar çağrılacaq.‌ Hər kəs “qan şərabını” içəcək ki, qorxuları azalsın.

İştirakçılar tanınmamaq üçün qrimlənəcək. Şənliyə gələrkən dresscode nəzərə alınmalıdır. Bir nəfərə biletin qiyməti 75 manat təşkil edir. Biletləri onlayn əldə edə bilərsiniz.