Paytaxtın 4 rayonunda piyada iştirakı ilə 4 yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 22 oktyabr tarixində Report məlumat yayıb.
Oxşar hadisələr Binəqədi, Xətai, Suraxanı və Yasamal rayonları ərazisində qeydə alınıb. Avtomobil yolu keçən piyadanı vurub. Nəticədə müvafiq olaraq piyadalar Milana Əkbərova, 10 yaşlı Ayxan Dadaşlı, 38 yaşlı Vəfa Məmmədli və 27 yaşlı Allahyar Rəsulov müxtəlif xəsarətlər alaraq xəstəxanaya çatdırılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.