Sutka ərzində paytaxt ərazisində iki yanğın hadisəsi qeydə alınıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xətai rayonu, Zığ şosesi yaxınlığında açıq ərazidə yanğın olub. İlkin məlumata əsasən, ağaclıq ərazidə 700 kv.m sahədə quru ot, qamışlıq və məişət tullantıları yanıb.

Bakının Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yanğın baş verib.

Ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin 1 otağında divan, kreslo və stol yanıb. Yüksək temperaturdan otağın lambirindən ibarət tavanın 4 kv.m sahəsi əriyib.

Hər iki yanğın FHN əməkdaşları tərəfindən söndürülüb. Ətrafdakı tikililər yanğından mühafizə olunub.