Paytaxtın Yasamal rayonunda polisin əmrinə tabe olmayaraq onlardan qaçmaq istəyən şəxslərin işi məhkəməyə göndərilib. Bu haqda bu gün, 22 oktyabr tarixində Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

30 mart 2021-ci il tarixdə polis bölməsinə daxil olan məlumat əsasında Vüsal Səmədov, Abit İsmayılov və Əmrah Əhmədovun olduqları avtomobili saxlamaq istəyərkən polis əməkdaşlarının tələbinə tabe olmayıblar.

Bundan əlavə, onlar idarə etdikləri nəqliyyat vasitəsini hüquq-mühafizə orqanlarının avtomobillərinə çırparaq qaçmağa cəhd göstəriblər.

Saxlanılan avtomobildən külli miqdarda narkotik maddə aşkar olunmuşdur.

Hal-hazırda cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsi baxır.