22 oktyabr tarixində “Rebuild Karabakh” sərgi çərçivəsində mədəni proqram təşkil olunub. Bu haqda Mədəniyyət Nazirliyi xəbər verib.
“Qarabağın Bərpa, Yenidənqurma və İnkişaf” sərgisində bir neçə tədbirlər keçirilib. Dövlət Mahnı və Rəqs Ansamblının rəqqasları “Cəngi”, “Uzundərə”, “Naz eləmə”, “Sarı gəlin”, “Yallı” rəqslərini nümayiş etdiriblər. Həmçinin “Xudayar”, “Bayatı-Şiraz”, “Mahur”, Segah təsnifləri, Qarabağ şikəstəsi ifa edilib.
Sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, “Caspian Event Organisers” (CEO) şirkəti, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə keçirilib.