Ötən gecə, 21 oktyabr tarixində Tofiq Bəhramov adına Respublika stadionunda Qarabağ FK-nın oyunu baş tutub.

UEFA Konfrans Liqası çərçivəsində keçirilən matçda Azərbaycan təmsilçisi Qazaxıstanın Kayrat klubu ilə qarşılaşıb.

Bütün matç üstün oynayan Qarabağ FK ilk qolu 19-cu dəqiqədə öz qapısında görüb. Daha sonra, meydan sahiblərinin bir neçə dəfə qol vurma şansları olsa da hesabı 79-cu dəqiqədə Ramil Şeydayev bərabərləşdirməyə nail olub. Oyunun son dəqiqələrində xarakter göstərərək Azərbaycan təmsilçisi Abbas Hüseynov qələbə qolunu vurub.

UEFA Konfrans Liqasının qrup mərhələsinin 3-cü turundan sonra Qarabağ FK İsveçin “FC Basel” klubu ilə 7 xal toplayaraq vərəqə sayına görə 2-ci yerdə qərarlaşıb. Növbəti tur 4 noyabr tarixində baş tutacaq.