28 oktyabr tarixində Bakıda “Xalq artisti, xanəndə Ağaxan Abdullayevin xatirə

gecəsi” adlı tədbir keçiriləcək. Layihə Heydər Əliyev Sarayında saat 19:00-da başlayacaq.

Tədbirdə əməkdar incəsənət xadimi Aqil Məlikov, Xalq artistləri Mənsum İbrahimov, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Zabit Nəbizadə, Teyyub Aslanov, Simarə İmanova, Əməkdar artist Elnarə Abdullayeva və Mirələm Mirələmov, Hüseyn Məlikov, Məmməd Nəcəfov, Vəfa Vəzirova, tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” İnstrumental ansamblı iştirak edəcəklər.

Biletlərin qiyməti seçəcəyiniz yerdən aslı olaraq 20-80 manat arasında dəyişir. İştirak etmək istəyən tamaşaçılar biletləri onlayn və ya sarayın kassalarından əldə edə bilər.