Paytaxtın Nizami rayonunda pul müqabilində 300 nəfərə yaxın şəxsə COVİD-19 pasportu verən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 23 oktyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Lerik rayon sakini Eminəli Həşimov Bakı şəhəri ərazisində yaşayan həmyerlilərinə 40 manat müqabilində peyvənd vurulmadan COVİD-19 pasportu satırdı.
Şübhəli şəxs saxlanılan zaman onun üzərində Lerik rayonundan gətirilmiş 79 şəxsə aid saxta koronavirus pasportu aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam edir.
Bundan əvvəl, 28 sentyabr tarixində paytaxtın Xəzər rayonunda saxta vaksin sənədini verən tibb işçiləri saxlanılıb.
