Bu gün  Bakıda “XXI əsr insanının psixi sağlamlığı: uşaqlar, cəmiyyət, gələcək” adlı praktik konfrans keçirilib. Psixi sağlamlığa həsr olunan təlim 20 nömrəli məktəbdə təşkil olunub. Bu haqda Azərbaycan Televiziyası reportaj hazırlayıb.

Konfransdan öncə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva konfransın idarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin psixoloqları üçün keçirildiyini qeyd edib.

Bundan əlavə, Vəliyeva uşaqların psixoloji baxımdan sağlamlığının düşündürən ən mühüm məsələlərdən biri olduğunu vurğulayıb.

Konfransın sonunda məktəb psixoloqlarını maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onları düşündürən suallara aydınlıq gətirilib.