Bakıda ilk dəfə Zəfər Tibb Simpoziumu keçiriləcək. Simpozium oktyabrın 28-dən noyabrın 1-dək Bakı, Gəncə və Göygöl şəhərlərində keçiriləcək. Bu haqda Diasporalarla İş üzrə Dövlət Komitəsi 23 oktyabr tarixində xəbər verib.

Simpozium Səhiyyə Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin təşkilatçılığı və xüsusi dəstəyi ilə baş tutacaq.

Tədbirdə Almaniyadan gələn qonaqların müəllifi olduğu ən son elmi yeniliklər iştirakçıların və ictimaiyyətin diqqətinə çatdırılacaq.

Köln Universitet Klinikasının Radiologiya İnstitutunun şöbə müdiri Nuran Abdullayev insult xəstələrinin müalicəsi ilə bağlı uğurla icra etdiyi ən son yeniliklərdən danışacaq.

Bu simpozium Azərbaycan tibb tarixində ilk dəfə keçiriləcək.