Filarmoniyada Dövlət İdarəçilik Akademiyasının professor, müəllim və tələbə heyəti ilə “Görüş-Konsert” keçirilib. Bu haqda 23 oktyabr tarixində Milli.az xəbər verib.

Görüş Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində olub.

Konsert Ü.Hacıbəylinin “Koroğlu” operası ilə açılıb. Daha sonra Niyazinin “Arzu”, F.Bədəlbəylinin “Ave Maria”, S. Raxmaninovun “Vocalise” əsərlər, G. Hendelin “Rinaldo” operasından ariya təqdim olunub.

Konserti dirijorlar xalq artisti Yalçın Adıgözəlzadə və Əməkdar artist Fuad İbrahimov müşahidə ediblər.

Konsertə Azərbaycanın xalq artisti, professor Zəhra Quliyeva dəvət olunub.