Bakıda azyaşlı uşaq evdə köməksiz qalıb. Bu haqda Report Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verib.
Hadisə Nərimanov rayonu, Heydər Əliyev prospekti 42B ünvanında baş verib. Yaşayış binasının eyvanından boylanan azyaşlı uşağın nəzarətsiz olduğunu görən vətəndaşlar FHN-in “112” qaynar telefon xəttinə zəng ediblər.
Qeyd olunan ünvana FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub və azyaşlı xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.