Paytaxtın Sabunçu rayonunda yanğın baş verib. Bu haqda bu gün, 23 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

40 kv.m sahəsi olan birmərtəbəli evin dam örtüyü 30 kv.m sahədə yanıb. Tikilinin digər hissələrinə ziyan dəyməyib.

Bundan əvvəl, 22 oktyabr tarixində paytaxtın Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş vermişdir.