Paytaxtın Nərimanov rayonunda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.

Bu haqda bu gün, 25 oktyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Əvvəllər məhkum olunmuş Nurlan Hüseynov 8 ədəd müxtəlif markalı avtomobillərin şüşələrini qıraraq, salondan maqnitafonlar, pul və digər əşyalar oğurlayıb.

Hadisə anı təhlükəsizlik kameralarına düşüb.

Faktla bağlı araşdırma davam edir.

Daxili İşləq Nazirliyinin verdiyi məlumata əsasən son həftəsonu ərzində cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.