Paytaxtın Nərimanov rayonu Ağa Nemətulla küçəsindən keçən marşrut xətlərində ləngimələr müşahidə edilir. Bu haqda bu gün, 25 oktyabr tarixində Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunan küçədə yerləşən tuneldə avtoqəza baş verib. Bu səbəbdən hərəkətdə sıxlıq yaranıb.
