Bakıda dini toy karvanı təşkil edən 16 avtoxuliqan saxlanılıb. Bu haqda 25 oktyabr tarixində Oxu.az xəbər verib.
Xəzər rayonunda üzərində ərəb hərfləri ilə yazılmış bayraqlar olan toy karvanı təşkil edilib. Şüvəlan qəsəbə sakinləri Ağəli Hüseynzadə və Ağakərim Balaəhmədov Operativ Qərargahın müvafiq qərarlarını pozduğlarına görə saxlanılıblar. Onlar 200 manat məbləğində cərimə olunublar. Karvanda iştirak etmiş 16 avtomobil cərimə duracağına yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması maddəsi ilə cinayət işi başlanılıb.
