Bakıda keçirilən “Xalqların Birgəyaşayış İmkanları” Simulyasiya Oyunu layihəsinin birinci mərhələsi üçün iştirakçı qəbulunu açıq elan edilir. Layihə “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2” proqramı çərçivəsində həyata keçirilir və Könüllü Gənclər Birliyi Avropa İttifaqının “Stabillik və Sülhə Yardım” tərəfindən maliyyələşdirilir.
Layihənin ilk mərhələsində seçilmiş gənclər beynəlxalq tərəfdaşımız olan CRISP təşkilatının təlimləri və mentorluğu ilə Birgəyaşayış mövzusunda Simulyasiya oyunu hazırlayacaq və ikinci hissədə həmin simulyasiya oyunu geniş auditoriya tərəfindən oynanılacaq.
Layihə onlayn və oflayn olmaqla hibrid formada keçiriləcək.
Birinci mərhələdə iştirak etmək istəyənlər:
- 18-30 yaş aralığında olmalı
- Qeyri-formal təhsil sahəsində təcrübəsi olmalı
- Layihənin bütün hissələrində iştirak etmək üçün vaxt uyğunluğu
- Yüksək motivasiya
- Sülh, münaqişələrin transformasiyası, inklüzivlik və bərabərlik mövzularına maraqlı olmalı
Seçim zamanı iştirakçılar arasında gender balansı qorunacaq və məcburi köçkün və qaçqın iştirakçıların iştirakı xüsusilə nəzərə alınacaq.
Son müraciət tarixi 5 noyabr tarix olan layihədə yalnız seçilmiş iştirakçılarla müsahibə üçün əlaqə saxlanılacaq.