23 saylı Birləşmiş Şəhər Xəstəxanasının vəzifəli şəxslərinin cinayət işi məhkəməyə göndərilib. Bu haqda bu gün, 25 oktyabr tarixində Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Xəstəxanın baş həkimi Rəsul Baxşəliyev, təsərrüfat işləri üzrə müavini Zinyət İsmayılova, tibb bacısı Afət İbrahimova, eləcə də, təsərrüfat işçisi Əli Əliyev saxtakarlıqda ittiham olunurlar.

2009-2021-ci illərdə qeyd olunan tibb müəssisəsində 36 nəfər işçini işə gəlməmələri üçün şərait yaradaraq onların əmək haqlarını mənimsəyiblər. Ümumilikdə 626.844 manat əldə edən şəxslər 321.330 manatı qaytarıblar.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsi baxacaq.