Bakıda yeniyetmə və yaşlı kişi döyülərək xəsarət alıblar. Bu haqda 25 oktyabr tarixində Report xəbər verib.

Binəqədi rayonunda 65 yaşlı Həşim Xəzri tanıdığı şəxs tərəfindən döyülüb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan H.Xəzriyə qapalı kəllə-beyin travması, baş-beynin ağır dərəcəli əzikləri və beyinin daxili qan sızması diaqnozları qoyulub. Müayinədən sonra o əməliyyata alınıb.

Bakının Xətai rayonunda 14 yaşlı Ş.Əsgərov tanıdığı bir və ya bir neçə nəfər tərəfindən döyülüb. Təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilən yeniyetməyə qapalı kəllə-beyin travması, baş-beynin ağır dərəcəli əzikləri və ənsə sümüyünün sınığı diaqnozları qoyulub.

Hər iki hadisənin təfərrüatları ilə bağlı araşdırmalar aparılır.