23 oktyabr axşam saatlarında paytaxtın Nəsimi rayonu, 28 May 10 küçəsində yaşayış evində gənc qadın özünü asaraq intihar edib. Ölən şəxsin kimliyini müəyyən etmək mümkün olub.

37 yaşlı Nigar Məmmədovanın cəsədi öz mənzilində tapılıb. Hadisə yerinə prokurorluq və polis əməkdaşı cəlb olunub. Meyit aidiyyəti üzrə morqa aparılıb. İntiharın səbəbi hələ ki məlum deyil.

Nigar Məmmədova ixtisasca stomatoloq olmasına baxmayaraq, daha çox şou-biznesdə məşhur olub. Onun yazdığı şeirlərə mahnılar bəstələnib. Daha çox o, Elnur Məmmədovla əməkdaşlıq edərək, onun mahnılarının müəllifi idi.