Ramana qəsəbəsində qədim tarixi abidələrin yenidənqurma işləri aparılır. Bu haqda 25 oktyabr tarixində Aztv xəbər verib.

Ramana qəsəbəsində yaşı 1 əsirdən çox olan tarixi abidələrin təmir-bərpa işlərinə start verilib. Qəsəbədə yerləşən ən qədim dini ibadət evlərindən birində Hacı Nəriman məscidində restavrasiya işləri davam etdirilir. Yenidənqurma planına əsasən, məscidin yuxarı mərtəbəsi qadınların ibadət etməsi üçün bərpa olunacaq.

Yenidənqurma işləri həmçinin Ramananın Novruzqulu hamamında aparılır. El arasında “Əjdər” hamamı kimi adlandırılır. Tarixi abidənin üzərindəki daş kitabədə yazılır ki, bu hamamı Novruzqulu Qəmbər oğlu tikdirib.

Ramana qalasının ön hissəsində olan meydanda da bir çox layihələr gözlənilir.

Qeyd edək ki, Ramana qəsəbəsində tarixən 6 məscid olub, onlardan yalnız 3-cü bu gün istismara yararlı hesab edilir.