Paytaxtın Yasamal rayonunda narkotacirlərə qarşı əməliyyatlar keçirilib. Bu haqda bu gün, 25 oktyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Paytaxt sakinləri Eldəniz Əkbərov, Cavid Məhərrəmov və Vüsal Saydov  Zivərbəy Əhmədbəyov küçəsi 10 ünvanında yarımçıq tikilidə narkotik alveri ilə məşğul olurdular.

Bundan əlavə, son 10 gün ərzində keçirilən əməliyyatlar zamanı qeyd olunan rayon ərazisində ümumilikdə daha 12 nəfər narkotik alverçisi saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam edir.

Foto Daxili İşlər Nazirliyinin rəsmi Facebook səhifəsi
Foto Daxili İşlər Nazirliyinin rəsmi Facebook səhifəsi