Bakıda işlək vəziyyətdə olan mağaza yerlə bir edilib. Hadisə Nərimanov rayonu Xətai proskpekti 53 ünvanında baş verib. Bu haqda 26 oktyabr tarixində Xəzər Tv reportaj hazırlayıb.

Mağaza sahibi, Əfəndi Yusifov obyektinin dağıdıldığı vaxta qədər fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə iki mərtəbəli mağazası yaxınlıqda tikinti işləri aparan “Poleks” MMC tərəfindən dağıdılıb.

Yusifov sənədlərinin qaydasında olduğunu və məhkəmənin mağazanın sökülməməsi haqqında qərar qəbul etdiyini də qeyd edib.

Tikinti şirkətinin nümayəndələri məsələylə bağlı heç bir açıqlama verməyiblər.