Bakıda gecə saatlarında yol qəzası baş verib. Hadisə Xətai rayonu ərazisində qeydə alınıb.

Xəqani Rüstəmov küçəsilə 8 Noyabr prospektinin kəsişməsində baş vermiş qəzada “Fiat” markalı Post Patrul Xidməti avtomobili ilə “Mercedes Gelandewagen” və “Opel” markalı avtomobillər toqquşub. Nəticədə polis əməkdaşı xəsarət alıb.

Daha sonra PPX avtomobili hadisə yerindən evakuator vasitəsilə uzaqlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.