26 oktyabr tarixində Bakıda yanğın hadisəsi qeydə alınıb. Hadisə Nizami rayonunda baş verib.

Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Çoxmərtəbəli binanın zirzəmisində ümumi sahəsi 20 kv.m olan elektrik otağında 2 ədəd elektrik lövhəsi, 10 poqonmetr çıxış kabeli və 11-ci mərtəbənin dəhlizində 1 ədəd elektrik lövhəsi yanıb.

Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb olunub. Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb, elektrik otağının qalan hissəsi və digər elektrik avadanlıqları yanğından mühafizə olunub.