Bakı Metropoliteninin Nəriman Nərimanov stansiyasında cibgirlik edən şəxs saxlanılıb. Bu haqda bu gün, 26 oktyabr tarixində Report məlumat yayıb.

19 oktyabr tarixində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyev metroda olarkən həmyerlisi N.Zeynalovanın cibindən mobil telefon oğurlamaqda şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin 25 oktyabr 2021-ci il tarixində verdiyi məlumata əsasən son sutka ərzində axtarışda olan 112 nəfər saxlanılıb.